Tixanovskaya tezliklə Belarusa qayıdacaq
Prezidentliyə namizəd Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova Tixanovskayanın yaxın gələcəkdə ölkəyə qayıdacağına əmindir.
KONKRET.az xəbər verir ki, Kovalkova bunu “Exo Moskva”nın efirində açıqlayıb.
“O, buradan ayrılmaq niyyətində deyildi, ona görə də Svetlananın yaxın gələcəkdə qayıdacağına əminəm” deyib.
Svetlana Tixanovskaya avqustun 10-da Litvaya yola düşüb. Daha sonra ölkəni niyə tərk etdiyini izah edən bir video yayıb.
Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səs verildikdən sonra müxalifət kütləvi mitinqlərə başlayıb.
MSK-nın məlumatına görə, seçkilərdə Aleksandr Lukaşenko 80,1%, Tixanovskaya – 10,12% səs toplayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın