Vüqar Muradov Tahirə Məmmədqızını və qərəzli xəbər yayan “jurnalist”ləri- Ağ yuyub,qara sərdi
Ölkənin ən sayılıb-seçilən müğənnilərindən biri olan, şou-biznesdəki bir çoxlarından fərqli olaraq daim sözü ilə əməli üst-üstə düşən Vüqar Muradov hələ bir neçə il bundan öncə onun barəsində əsassız, həqiqətə uyğun olmayan qərəzli xəbər yayan jurnalist Tahirə Məmmədqızının və onun tərəfini saxlayanların ünvanına sərt ifadələr səsləndirib.
Gununsesi.info xəbər verir ki, müğənni öz instagram səhifəsində jurnalist adına kölgə salanları, reytinq naminə qərəzli xəbər yayanları ağ yuyub, qara sərib.
Belə ki, o, “Bəzi dırnaqarası jurnalistlər əllərində qələm var deyə ağzına gələni qərəzli şəkildə yazırlar, üzlərinə ana-bacılarını da söysən gülüb keçəcəklər. Qələm sahibində vicdan olmalıdır. Jurnalist həmkarın səhv edibsə və sən həmin o həmkarın tərəfdən ona sərf edəni yazırsansa, onda sənin də ənkə böyüyünün…. “Matıçkalar”, yenə deyirəm, deyəcəm də ay bicbalalar, sizin həmkarınız xəbər başlığı maraqlı olsun deyə 3 il öncə “Vüqarı soyundurub döyüblər” yazıb. Soyundurulub döyülənin ana-bacısını Azərbaycan soyundursun. Onu elə yazanın da, onu elə deyənin də, onu yazanın tərəfini tutanın da ana-bacısını dostlarımla bir yerdə gəlim mən soyundurum. Mən dostlarıma zəng edib demişəm ki, qardaş, məni toy adı ilə çağırıb döyüblər. Onlar da Tahirəyə deyiblər Vüqarı döyüblər. O da xəbər başlığı maraqlı olsun deyə soyundurub döyüblər yazıb. Bir qələtdir edib yazıb. Hansı başdan xiyar əgər həqiqətən soyundurulubsa bunu jurnalistə deyər? Əgər bir az vicdan sahibisinizsə, onda indi bu yazdıqlarımı da saytlarınızda yazın”.
Bu xəbər üçün şərh yazın