Xalq artisti Nisə Qasımovadan acı - Etiraf
Çox duet təklifi alıram, amma hər təklifi qəbul etmirəm. Mənim üçün tərəf müqabilinin yaraşıqlı olması önəmli deyil. Oxuyacağımız mahnı mənimlə onun arasında bir bağı göstərməlidir. Bu insanlara mesaj olmalıdır. O tərəf müqabilin tapsam, duet oxuyacam.
Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova “Lider maqazin”ə açıqlamasında deyib. Müğənni şou-biznesə gəldiyinə görə peşman olduğunu söyləyib:
“Kaş müğənni olmazdım. Məsuliyyətli peşədir. Burada şeytan insanı aldadır, insanın nəfsi ilə oynayırlar. Eh ötən, ömrümdən gedən illər... Həyat mübarizə deməkdir. Bu mübarizədə hər zaman varam. Allah məni dedi-qodulardan, qalmaqaldan uzaq eləsin. Sənətlə bağlı “kaşlarım” çoxdur”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın