“Yəni biz özümüz dənizimizin ikrasını yeyə bilmərik?”

“Yəni biz özümüz dənizimizin ikrasını yeyə bilmərik?” 

“Elə bir cəmiyyət qurmaq lazımdır ki, kasıb olmasın. Yəni biz özümüz dənizimizin ikrasını yeyə bilək. Onu ingilis gəlib yeyir, amma biz yesək, israfdı deyəcəklər”.

Bunu aparıcı Kamran Həsənli deyib. K.Həsənli israfçılığın qədimdə qaldığını bildirib:

“İsrafçılıq yeddinci əsrdən qalmış bir anlamdı. Qədimdə səhrada insanlar yaşayırdı, varlılar bizim ölkədəki kimi çox varlı idi, kasıblar da var idi. Onda varlılara tövsiyə edirdilər ki, israf etməsinlər, haramdı, ayıbdı, günahdı kasıbların gözünün qarşısında bunu etmək. İndi elə dövrdü ki, elə cəmiyyət qurulub ki, Avropanın bütün ölkələrində kasıb da yoxdu və göz doyandan sonra o israf sayılmır. Elə bir cəmiyyət qurmaq lazımdır ki, kasıb olmasın. Yəni biz özümüz dənizimizin ikrasını yeyə bilək. Onu ingilis gəlib yeyir, amma biz yesək, israfdı deyəcəklər. Elə bir cəmiyyət qurmalıyıq ki, kasıb olmasın və yemək insan üçün adi bir şey olacaq. Göz acdı, kasıb çoxdu deyə israf məsələsi ortaya çıxıb. Bir də ki, yuxarıların qaydasıyla insanlara onu yeyəcəksən, bura kimi oturacaqsan demək yaxşı şey deyil. Mənə elə gəlir ki, insanların bütün o hüququnu əlindən almaqdı. Pandemiyaya görə qərarlar verirlir, bu doğrudur. Amma baxırsan ki, gülünc qərarlar verirlər. Pandemiyaya görə qərarlar verməyin tərəfindəyəm. Amma əvvəl fikir verdinizsə, dedilər toyda maskayla rəqs etməlisiniz. Daha sonra bu qərarı ləğv etdilər. 

Təki toylarımızda rüşvət üçün yol açılmasın. Qərarlarda toya gələn adamdan pasport tələb etmək yanlışdı. Kim bunu yoxlayacaq? Toy mərasimidi, buna icazə verilibsə, insanlar müəyyən qaydaları qoruyurlarsa, bu normaldı. İnsanlar onsuz da əziyyət içindədirlər və ona görə qərarları min dəfə düşünüb, bir dəfə vermək lazımdı. Çox komik qərarlar verirlər. 

Elə bir şərait yaratmaq lazımdır ki, heç olmasa öz nemətlərimizdən insanlarımız yeyə bilsin. Normal ölkələrdə israfçılıqla bağlı söhbət yoxdu. Hətta bəyənmədiyimiz Sovet dövründə yeməyə hamının əli çatırdı. Həmin o qara ikra həmişə bütün ailələrdə soyuducularda bankada  qalıb xarab olurdu, heç yeyən də olmurdu. Bu gün isə biz bunlara tamarzı qalmışıq. İsarfçılıq budur. Gözümüzün qabağında görürük ki, bunu əcnəbilər yeyir. İsrafçılıq o cəmiyyətlərdə qalıb ki, orda olduqca dərin kasıblar və milyardları olan varlılar var”. / Moderator.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi