Büdcə təşkilatı 2 Toyota avtomobili alıb- "Naz-Lifan" kənarda qaldı
“Aqrolizinq” ASC 2 ədəd mühərriki 180 a.q. qüvvəsi olan minik avtomobilinin satın alınmasına dair “Toyota Bakı Mərkəzi” ilə müqavilə imzalayıb.
Finans.az dövlət satınalmaları reyestrinin məlumatlarına istinadən xəbər verir ki, bu satınalma müqabilində şirkətə 142 800 manat ödənilib.
Faktinfo.az xatırladır ki,Dövlət başçısı dəfələrlə Nazirlər Kabinetinin iclasında məmurlarmıza Naxçıvan Muxtar Respubilkasında istehsal olunan "NAZ-Lifan" avtomobillərindən istifadəni tövsiyə edib. Bunda məqsəd ölkədən çıxarılan valyuta axınının qarşısını almaqdır.Göründüyü kimi,ölkə rəhbərinin məlum tövsiyəsi bəzi səlahiyyətli şəxslərin,o cümlədən “Aqrolizinq” ASC sədrinin də yadından çıxıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın