“Oğlum Bakıya qayıtmaq istəmir”- Nadir Qafarzadə
“Oğullarımı evləndirənə qədər qocalıb öləcəyəm. Fikir çəkirəm, xəyallar qururam. Demişəm ki, ehtiyatlı olun”.
Faktinfo.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “5/5” verilişində deyib.
O, böyük oğlu Loğmanın bu il universiteti bitirdiyini söyləyib: “Xaricdə təhsil alırdı, ora çox öyrəşib. Buraya qayıtmaq istəmir. Məndən olsa, Bakıya qayıdan kimi onu evləndirərəm. Amma anası razılaşmır, deyir bir az buraya öyrəşsin. Gələn kimi onu işə qoyacam. Maşın istəyir. Mən də deyirəm ki, işlə, özün al. Uşaq əziyyətə öyrəşməlidir. Hər şeyi ata eləməz. Mənə atam maşın alıb? Xanımım deyir, “sənin atan dünyasın dəyişdi, ala bilmədi. Amma oğullarımın sənin kimi atası var”. Uşaqlarım mənimlə heç nə bölüşmür, aradakı pərdəni götürmürəm. Hər şeyi analarına söyləyirlər, o da mənə çatdırır”.
Qeyd edək ki, N.Qafarzadənin digər oğlu Əziz Rusiyada təhsil alır.
Bu xəbər üçün şərh yazın