Ruspərəst Rasim Musabəyov yenə həddini aşdı: -

Ruspərəst Rasim Musabəyov yenə həddini aşdı: - Kimdir “mudak” Rasim Musabəyov?!

“Vəhabzadə Bakıda heç kimdir və onun dediklərinin hakimiyyətə heç bir dəxli yoxdur ”.

Ovqat.com xəbər verir ki, bunu Azərbaycan MM-ın deputatı Rasim Musabəyov “VZGLYAD” qəzetinə açıqlamasında bildirib.

İndiyədək Jirinovski kimi rus deputatlarının Azərbaycan xalqına qarşı təhqiramiz fikirlərinə cınqırını çıxarmayan Musabəyovun eyni üslubla əks tərəfə cavab verən İsfəndiyar Vəhabzadənin bizim də təqdir etmədiyimiz fikirlərinə özü də rus mediasında dərhal münasibət bildirməsi başadüşülən deyil. Rasim Musabəyov deyəsən unudur ki, nə Bakı onun bir zamanlar idarə etdiyi həmin şəhərdir və nə də paytaxtımızda kimin daha qiymətli olduğunu hansısa seçki dairəsindən saxta yolla “seçilən” deputatı müəyyənləşdirir. Üstəlik, saxta deputatlar nəinki dövlət, hətta öz olmayan seçiciləri adından da danışmaq hüququna malik deyillər. Ən azından mənən.

Bütün bu həqiqətləri unudan Rasim Musabəyov isə rus yiyələrinin gözünə daha artıq girməyə çalışaraq İsfəndiyar Vəhabzadəni “mudak” adlandırır.

"Mənim fikrimcə, İsfəndiyar Vaqabzadə tamamilə diplomatik olmayan davranışlara və baxışlara malik bir insandır. Yüksək vəzifələrdə çalışmasına və bir çox ölkələrdə səfir olmasına baxmayaraq, o, sadəcə bir “mudak”dır. Mən hesab etmirəm ki, Azərbaycan Rusiya ilə münasibətlərini Vəhabzadənin söylədiyi cəfəngiyatlara əsaslanaraq qurur”.

Qeyd edək ki, “mudak” sözü rus dilində çox ağır mənaya gəlir. Abrımıza qısılıb sözün bir çox lüğətlərdə ifadə olunan leksik mənasını göstərmək istəmirik. Sadəcə onu vurğulamaqla kifayətlənirik ki, Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndində bu sözün işlədilməsi ağır təhqir hesab olunur və cinayət məsuliyyəti yaradır. Azərbaycan xalqının adından danışan bir deputatın milli məsələlərin müzakirə edildiyi bir zamanda qarşı tərəfin media qurumlarına açıqlamasında öz həmvətəni barədə bu cür ağır sözlər işlətməsi heç bir siyasi etik qaydalara sığmır və Slavyan universitetinin yetirməsi olan, dolayısıyla ruscanı da öz ana dili kimi bilən hörmətli spikerimiz Sahibə Qafarova rəhbərlik etdiyi məclis üzvünün bu tərbiyəsizliyinə adekvat reaksiya verməlidir.

Maraqlıdır ki, Azərbaycan Milli Məclisinin bir çox deputatı son zamanlar ağızlarından quş buraxmaqla gündəmə gəlirlər. Rasim Musabəyov isə bu sahədə hətta 2600 illik parlamentlər tarixində 3 cümlədə 3 quş buraxmaqla rekorda imza atan Etibar Əliyevi də kölgədə qoydu. Özü də xarici mediada.

Üstəlik, bu tərbiyəsizlik Rasim Musabəyovun ilk “quşlaması” da deyil. 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyə ən çox qarşı çıxan, ölkəmizi aparıb Rusiyanın quyruğuna bağlamaq istəyən nadir deputatlardan biri də məhz Rasim Musabəyov idi.

Bütün bunlar öz yerində, bizi isə tamamilə başqa bir məsələ maraqlandırır. İsfəndiyar Vəhabzadə nə qədər Jirinovskinin səhvini ümumiləşdirərək bütün rus xalqını hədəfə almaqla öz məqsədini aşsa da, hər halda indiyədək “mudak” kəlməsini haqq edəcək hər hansı davranış sərgiləməyib. Belə ki, bu kəlmənin bir anlamı da ağasının harasınısa yalayan şəxs mənasını verir. Musabəyovun rus mətbuatında kimlərinsə gözünə girmək cəhdi isə tam da bu hərəkəti xatırladır. Elədirsə, sual ortaya çıxır: kimdir “mudak”, cənab “deputat”?

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi