29 saylı Səbail Seçki Dairəsində əsas mübarizə Mir Fərəc Abbasov və Bəxtiyar Hacıyev arasında gedəcək

29 saylı Səbail Seçki Dairəsində əsas mübarizə Mir Fərəc Abbasov və Bəxtiyar Hacıyev arasında gedəcək 

Bazar günü keçiriləcək növbədənkənar parlament seçkilərinə cəmi iki gün qaldığından deputatlığa namizədlər arasında rəqabət ab-havası son həddə çatıb.

Seçki günü mübarizənin daha gərgin keçəcəyi ərazilərdən biri də 29 saylı Səbail Seçki Dairəsidir.

Faktinfo.az xəbər verir ki,bu dairədən qalib adı uğrunda xeyli sayda iddiaçı mübarizəyə qoşulsa da, proqnozlara və aparılan seçici sorğularının nəticələrinə  görə, 2  namizədin şansı daha yüksək qiymətləndirilir. Bunlar "GRAND MİX"-in direktoru Mir Fərəc Abbasov və "HUMAN CAPİTAL CONSULTİNG"MMC-nin direktoru Bəxtiyar Hacıyevdir.


Düzdür,namizədliyi özü tərəfindən irəli sürülən Nigar Arpadarai və YAP-ın namizədi Aytən Hüseynova da qələbə iddiasındadırlar.Onların da tərəfdarları var.Lakin təbliğat-təşviqat dövründə,aparılan işlər,seçicilər arasında keçirilən rəy sorğuları,həmçinin son günlər müxalif təmayüllü bəzi KİV-lərin 29 saylı Səbail Seçki Dairəsi üzrə apardıqları sorğuda bir daha aydın olur ki,adıçəkilən dairənin favorit namizədləri Mir Fərəc Abbasov və Bəxtiyar Hacıyevdir.


Seçicilər bu iki şəxsi daha yaxından tanıyır və onlara daha rəğbətlə yanaşır.Həmin iki namizədin müqayisəsinə gəldikdə isə,Mir Fərəc Abbasov bir qədər öndə görünür.Bu da səbəbsiz deyil.Belə ki,Mir Fərəc Abbasovun həmin ərazidə təhsil alması,orada daimi yaşaması,eləcə də  bir çox tədbirlərdə yaxından iştirakı onu ərazi üzrə daha çox tanıda bilib.Üstəlik də,təbliğat-təşviqat dövründə kifayət qədər aktif fəaliyyət göstərib,çoxsaylı məhəllə görüşləri keçirib.

Faktinfo.az-a daxil olan məlumatda o da qeyd edilir ki,hətta YAP-ın namizədi Aytən Hüseynovanın təbliğatını aparan şəxslər də ən çox Mir Fərəc Abbasovdan ehtiyat edirlər.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi