Blinkendən çağırış: Dərhal Rusiyanı tərk edin!

Blinkendən çağırış: Dərhal Rusiyanı tərk edin! 

ABŞ Dövlət katibi Entoni Blinken “Voll Strit Jurnal”ın əməkdaşı Evan Qerşkoviçin həbsi fonunda Rusiyada qalan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Bu barədə dövlət katibinin bəyanatında deyilir.

"Dövlət Departamentinin ən yüksək prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. Biz Rusiyada ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı bir daha təkrar edirik. Rusiyada yaşayan və ya oraya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - deyə bəyanatda bildirilir./Axar/az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər