Zelenski təslim olsa, Ukrayna olmayacaq

Zelenski təslim olsa, Ukrayna olmayacaq - Stoltenberq

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam edəcək və biz buna hazır olmalıyıq.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, bütün müharibələr hər zaman gözləniləndən uzun çəkir, ona görə də Alyans uzun müharibəyə hazır olmalıdır:

“Biz hamımız sürətli dünya üçün çalışırıq. Eyni zamanda, dərk etməliyi ki, Prezident Vladimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysa, biz sülh əldə edəcəyik”, - Stoltenberq bildirib.

NATO baş katibi qeyd edib ki, müharibədən sonra Ukrayna Rusiya təcavüzünə məruz qalmamaq üçün təhlükəsizlik təminatı almalıdır./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər