"Bəlkə də Azərbaycanla zaxarovasayağı zarafatlaşıblar"

"Bəlkə də Azərbaycanla zaxarovasayağı zarafatlaşıblar" - Fazil Mustafa

"Rusiya Azərbaycanla zaxarovasayağı zarafatlaşıb. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur”.

Bu sözləri deputat Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. O, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya vətəndaşlarına Azərbaycana getməməklə bağlı xəbərdarlığına münasibət bildirib. 

Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr: "Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə onminlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçınılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz”.

F.Mustafanın sözlərinə görə, Azərbaycan Rusiyanın bu addımına başqa cür cavab verə bilər: "Uzaqbaşı, biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də ingilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik. Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmasa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi