Qiymətlər qalxır, İqtisadiyyat naziri isə gözləmə mövqeyi tutur

Qiymətlər qalxır, İqtisadiyyat naziri isə gözləmə mövqeyi tutur 

Nə baş verir,və ya marketlərdə nə baş verdiyindən İqtisadiyyat naziri xəbərdardırmı? Bildiyimiz qədər, Dövlət Gömrük Komitəsi son 5 ayda idxala dair gömrük rüsumlarını qaldırmayıb.Xüsusilə qida məhsullarına görə əlavə rüsum tətbiq edilməyib.

ABŞ dolları nəinki Azərbaycanda, dünyada bahalaşmayıb. Hal- hazırda rəsmi olaraq 1 dollar 1.7010 manatdır, 1.75 60  səviyyəsindən 1.7010 səviyyəsinə qədər ucuzlaşıb, ilin sonuna kimi qalxma ehtimalı yoxdu.

Bəs nə baş verir ki,ərzaq məhsullarının, o cümlədən qida yağlarının qiyməti qaldırılır.

Faktinfo.az xəbər verir ki, məsələn: ”Araz”marketlər şəbəkəsində 1kq “Ankor” yağının qiyməti 14.90 manata satılır. On beş gün əvvəl isə  “Ankor”yağı 12.90 manata satılırdı. Göründüyü kimi ,fərq 2 manatdır.

“Aİ-92” benzinin 70-dən 90 qəpiyə qaldırılmasının bu dərəcədə qiymət artımına səbəb olacağını İqtisadiyyat Nazirliyində məsələyə aidiyyatı şəxslər düşünüb gözləmə mövqeyi tuturlarsa yanılırlar. Bu suni qiymət artımıdır,”sipukulyativ”amillərlə bağlıdır. O səbəbdən İqtisadiyyat Nazirliyi hərəkətə keçməlidir. Yaranmış vəziyyətə dair ölkə rəhbərliyinin çağırışını gözləməməlidir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi